Səyahət zamanı etdiyimiz səhvlər

Qısa zaman ərzində çox yer gəzməyə çalışmaq
  • İlk baxışda önəmsiz bir detal kimi görünsə də, bu hal siz fərqinə varmadan səyahətinizdən alacağınızı zövqü minimuma endirəcək.
Özünüzlə çox əşya götürmək
  • Ehtiyacınız olmayacaq əşyaları üzərinizdə daşımağınız sizin həm təyyarədə qeydiyyatdan keçməyinizi çətinləşdirəcək, həm də yaşamaq istəməyəcəyiniz hadisələrə səbəb yarada bilər.
Səyahət sığortası etdirməmək
  • Səyahət zamanı baş verə biləcək hadisələrdən sığortalanmaq olduqca vacib nüanslardan biridir. Bununla siz yarana biləcək fəsadların qarşısını əvvəlcədən almış olacaqsınız.
Hava şəraiti ilə tanış olmamaq
  • Bu kiçik nüans səyahətiniz zamanı xoşagəlməz problemlər yaradır. Xüsusilə gözlənilməz bir yağış səyahətinizin ləng getməsinə və zövqünüzün xeyli azalmasına səbəb ola bilər.
Hamının ingilis dili bildiyini düşünmək
  • İngilis dilinin Avropa ölkələrində ən çox istifadə edilən dil olmasına baxmayaraq, bu dili bilməyən insanların da sayı az deyil. Buna görə də yerli dildə bir neçə ifadə öyrənmək sizə kömək edə bilər.