Qaraciyər Sirrozunun müalicəsi

src
Qaraciyər Sirrozunun Əlamətləri Nələrdir?
Xroniki qaraciyər xəstəliyi olaraq da adlandırılan sirroz qaraciyərin ağır zədələnməsinə verilən addır. Müxtəlif xəstəliklərə görə, bəzən naməlum səbəblərdən qaraciyərdə müxtəlif səviyyələrdə zədələnmələr baş verə bilər. Nəticədə qaraciyərin struktur funksiyalarında müxtəlif pozuntular baş verir və o, öz normal funksiyalarını yerinə yetirə bilməməyə başlayır. Bu, sirroz xəstəliyinin başlanğıcıdır. Xəstəlik irəlilədikcə, fəaliyyətini davam etdirən qaraciyər hüceyrələrinin azalması nəticəsində qaraciyər tədricən sərtləşməyə və kiçilməyə başlayır. Qanın bərkimiş toxumlara axını çətinləşir və qanın toxumaya çata bilməməsi səbəbindən yeni damar yolları əmələ gəlir. Bütün bu hadisələr qaraciyərə daha da mənfi təsir göstərəcək sirroz şəklini ağırlaşdırır. Bunun nəticəsində isə, qaraciyər öz funksiyalarını itirir və qaraciyər çatışmazlığı yaranır.
Sirroz adətən erkən mərhələlərdə simptomlara səbəb olmur. Ancaq xəstəliyin dərəcəsi irəlilədikcə və qaraciyərin zədələnmə səviyyəsi artdıqca simptomlar və bu əlamətlərin şiddəti artır.